"Neftçi"yə lazım olmadı- - FutbolPlanet.az

"Neftçi"də bir ayrılıq reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubu Derlis Meza Kolli ilə başa çatan müqaviləni yeniləməyib. Buna görə də 29 yaşlı futbolçu azad agent statusuna yiyələnib. Son mövsümü "Neftçi"də keçirən paraqvaylı yarımmüdafiəçi meydana çıxdığı 26 oyunda 1 qol vurub.