Kluyvert "Roma"ya keçdi- - FutbolPlanet.az

"Roma" daha bir oyunçunun keçidini rəsmiləşdirib. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçisi "Ayaks"da top qovan Castin Kluyverti heyətinə qatıb. İtalyan klubu 19 yaşlı vinger üçün 18 milyon avro ödəyib. Hollandiya millisinin üzvü məşhur futbolçu Patrik Kluyvertin oğludur.