Açılış mərasimində onlar oxuyacaq

Dünya çempionatının açılış mərasimində oxuyacaq müğənnilərin adları açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, britaniyalı Robbi Uilyams və rusiyalı Aida Qarifullina turnirin açılış günündə səhnədə yer alacaq. Tədbirə Ronaldo Nazario da dəvət alıb. Moskvadakı "Lujniki" stadionunda təşkil olunacaq açılış mərasimi iyunun 14-də Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. 19:00-da isə DÇ-nin ilik oyunu - Rusiya – Səudiyyə Ərəbistanı görüşü start götürəcək.