Növbəti mövsümə hazırlaşan "Zirə"nin yay fasiləsindəki planları bəlli olub. FutbolPlanet.Az xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 22-də Bakıda bir araya gələcək. Paytaxt klubu hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayxan Abbasovun komandası ayın 7-də əvəzediciləri, 14-də isə “Sabah”la qarşılaşacaq. Ayın 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyənin Bolu şəhərinə yola düşəcək. Komanda burada “Koru” oteldə məskunlaşacaq. İyulun 29-na kimi qonşu ölkədə qalacaq “qartallar” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların iyulun 18, 21, 24, 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə qarşıdakı günlərdə məlumat veriləcək.