Neymar əfsanəyə çatdı- - FutbolPlanet.az

Neymar əfsanəyə çatdı

Zədədən təzəcə qayıdan Neymar ardıcıl ikinci oyundur ki, Braziliya millisində qol vurur. FutbolPlanet.Az xəbər verir ki, 26 yaşlı oyunçu Avstriya ilə yoldaşlıq görüşünün 63-cü dəqiqəsində fərqlənib. Bununla da PSJ-nin aparıcı üzvü yığmadakı qol sayına görə (55) Romarioya çatıb. Hazırda o, yalnız Ronaldo (62) və Peledən (77) geridədir.