Şehiç Super Liqa klubunda

"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni klubu bəllidir. FutbolPlanet.Az xəbər verir ki, Bosniya və Herseqovinadan olan qapıçı "Erzurumspor"la razılığa gəlib. Təcrübəli qolkiper növbəti mövsümdən Super Liqada mübarizə aparacaq klubla 2 mövsümlük anlaşıb. 29 yaşlı əlcək sahibinin illik maaşı 550 min avro olacaq.