O da Çinə üz tutur

"Napoli"nin aparıcı üzvü Marek Hamşik karyerasını Çində davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, "Quançjao Everqrand" klubu 30 yaşlı hücumçuya "elçi düşüb". Super Liqa təmsilçisi slovakiyalı oyunçu üçün 30 milyon avrosundan keçməyə razıdır. Təcrübəli futbolçunun sözügedən komandaya keçəcəyi real görünür.