Di Françesko qalır

"Roma" baş məşqçisi Eusebio di Françeskonu komandada saxlayır. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçisi 48 yaşlı çalışdırıcı ilə müqaviləni uzatmaq qərarına gəlib. Tərəflər arasında 2021-ci ilədək saziş bağlanacaq. Yeni sözləşməyə əsasən, italyan mütəxəssis ilinə 2 milyon avro qazanacaq.