Keynlə müqavilə yeniləndi

Harri Keyn "Tottenhem"lə müqaviləni uzadıb. FutbolPlanet.Az xəbər verir ki, 24 yaşlı forvardla 6 illik sözləşmə imzalanıb. Gənc futbolçunun maaşında da dəyişiklik olub. Belə ki, ingilis hücumçunun məvacibi artırılaraq, 15 milyon funt-sterlinq olub.