Əfran İsmayılov "Sumqayıt"da!

Nazim Süleymanovu baş məşqçi postuna gətirən "Sumqayıt" ilk transferini reallaşdırıb. FutbolPlanet.Az xəbər verir ki, son olaraq "Qarabağ"da çıxış edən Əfran İsmayılov "kimyaçılar"la anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu saytımıza verdiyi açıqlamada xəbəri təsdiqləyib.