"Liverpul"da yeni hücumçu

"Liverpul" heyətinə yeni oyunçu qatıb. FutbolPlanet.Az xəbər verir ki, Nəbi Keyta ilə Fabinyonu transfer edən ingilis klubu Nabil Fekiri də rənglərinə bağlayıb. Premyer Liqa təmsilçisi bu keçid üçün "Lion"a 65 milyon avro ödəyib. Bu gün 24 yaşlı fransalı forvardla 5 illik müqavilə imzalanacaq.