"Barselona" onu istəyir

"Bavariya"nın yeni baş məşqçisi Niko Kovaçın planlarına aid olmayan Tiaqo Alkantara karyerasını La Liqada davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, "Barselona" 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Kataloniya təmsilçisi ispan futbolçu üçün alman klubuna 50 milyon avro ödəməyə hazırdır. Lakin Bundesliqa klubu oyunçusunu 70 milyon avroya satmağı düşünür.