"Sumqayıt"da yeni çalışdırıcı- - FutbolPlanet.az

"Sumqayıt"ın Prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib. FutbolPlanet.Az xəbər verir ki, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, N.Süleymanov qarşıdakı 2 mövsümdə “Sumqayıt”ın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, millimizin sabiq üzvü olan 53 yaşlı mütəxəssis "Xəzər Lənkəran", "Olimpik" (Şüvəlan), "Neftçi" və U-19 millimizi çalışdırıb.