Sokratis "Arsenal"a keçdi

2013-cü ildən Dortmund "Borussiya"sında çıxış edən Sokratis Papastatopulos "Arsenal"a keçib. FutbolPlanet.Az xəbər verir ki, 29 yaşlı oyunçu komandanın yeni baş məşqçisi Unai Emerinin istəyi ilə transfer olunub. "Mançester Yunayted"dən də təklif alan yunan müdafiəçi London klubuna üstünlük verib.