Arnoldla bağlı maraqlı məqam- - FutbolPlanet.az

Arnoldla bağlı maraqlı məqam

İngiltərə millisinin DÇ-2018 üçün heyətində yer alan Trent Aleksander-Arnoldla bağlı maraqlı məqam üzə çıxıb. FutbolPlanet.Az xəbər verir ki, 20 yaşlı müdafiəçi hələ yığmada oynamayıb. Buna baxmayaraq, komandanın baş məşqçisi Qaret Sautqeyt "Liverpul"un gənc üzvünü Rusiyaya aparmaq qərarına gəlib. Onun iyunun 7-də Kosta-Rikaya qarşı keçiriləcək sınaq matçında debüt edəcəyi gözlənilir.