İspaniya çempion olacaq?

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) maraqlı iddia ilə çıxış edib. FutbolPlanet.Az xəbər verir ki, sözügedən qurum İspaniya millisinin DÇ-2018-in qalibi olacağını bildirib. Belə ki, CİES-in apardığı araşdırmanın nəticəsinə əsasən, həlledici oyunda Braziliya və İspaniya üz-üzə gələcək. Üçüncü yeri isə Fransa yığması tutacaq.