Alveş "Sevilya"ya doğru

PSJ-də çıxış edən Dani Alveş karyerasını yenidən La Liqada davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, braziliyalı müdafiəçinin "Sevilya"ya keçəcəyi deyilir. Paris klubunun yeni baş məşqçisi Tomas Tuhel təcrübəli oyunçunu komandasında görmək istəmir. 2003-2008-ci illərdə "Sevilya"da forma geyinən 35 yaşlı futbolçu da sabiq klubuna qayıtmaqda maraqlıdır.