UEFA Qvardiolanı cəzalandırdı

UEFA "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırıb. FutbolPlanet.Az xəbər verir ki, ispan mütəxəssis Çempionlar Liqasında "Liverpul"la matçdakı hərəkətlərinə görə cəzalanıb. Həmin oyunda baş hakimi təhqir edən 47 yaşlı çalışdırıcı 2 oyunluq diskvalifikasiya olunub. Cəzanın yarısı şərti tətbiq olunacaq. Həmin şərti hissənin sınaq müddəti 1 mövsümü əhatə edəcək.