Kapitanlıq sarğısı Noyerə verildi

DÇ-2018-də iştirak edəcək Almaniya millisinin kapitanı müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, kapitanlıq sarğısı Manuel Noyerə həvalə olunub. Zədəsinə görə uzun müddət yaşıl meydanlardan kənarda qalan və Avstriya ilə sınaq matçında forma geyinən 32 yaşlı qolkiper özünü yaxşı tərəfdən göstərərək, yığmanın heyətinə salınıb. Almanlar qrupda İsveç, Cənubi Koreya və Meksika ilə üz-üzə gələcək.