Neymar qolla qayıtdı- - FutbolPlanet.az

Neymar qolla qayıtdı

Neymar 3 aylıq fasilədən sonra yaşıl meydanlara qayıdıb. FutbolPlanet.Az xəbər verir ki, 26 yaşlı oyunçu Xorvatiyaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında iştirak edib. İkinci hissədə meydana daxil olan braziliyalı hücumçu 69-cu dəqiqədə komandasının ilk qolunu vurub.