"Barselona"ya "yox" dedi

"Barselona"nın transfer siyahısında yer alan Antuan Qrizmann "Atletiko"dan ayrılmır. FutbolPlanet.Az xəbər verir ki, fransız yarımmüdafiəçi paytaxt klubunda qalmağı üstün tutub. İddialara görə, 27 yaşlı futbolçu Lionel Messinin kölgəsində qalmamaq üçün belə bir addım atıb. O, "Atletiko" ilə yeni müqavilə bağlayarkən, maaşı artırılacaq və illik 20 milyon avroya çatacaq.