Baş məşqçiyə silahlı hücum

“Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini və həyat yoldaşı xoşagəlməz olayla üzləşib. FutbolPlanet.Az xəbər verir ki, bir qrup silahlı şəxs cütlüyə hücum çəkib. Hadisə Çilinin paytaxtı Santyaqoda olub. Belə ki, 64 yaşlı çalışdırıcı həyat yoldaşı ilə restorandan çıxarkən, cinayətkarlar onların çantasını oğurlayaraq, aradan çıxıblar. Hazırda soyğunçuların axtarışı davam edir.