Vişça La Liqa yolunda

"Başakşehir"də çıxış edən Edin Vişça karyerasını La Liqada davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, 28 yaşlı oyunçu "Vilyareal"ın maraq dairəsindədir. İspan klubu istəyini reallaşdırmaq üçün qarşı tərəfə 4 milyon avro ödəməyə hazırdır. 2011-ci ildən İstanbul təmsilçisində forma geyinən bosniyalı futbolçu da "Vilyareal"a keçməkdə maraqlıdır.