Zidan seçim qarşısında

"Çelsi" "Real"dan ayrılan Zinəddin Zidanla yaxından maraqlanır. FutbolPlanet.Az xəbər verir ki, London klubu istəyini reallaşdırmaq üçün fransız mütəxəssislə danışıqlar aparacaq. Deyilənə görə, ingilis klubu 45 yaşlı məşqçiyə yüksək maaş təklif edəcək. İllik 50 milyon avro maaş qarşılığında Qətər millisindən də təklif alan Zidanın hansı qərarı verəcəyi maraqla gözlənilir.