Zinəddin Zidanın "Real"dan getməsinin əsl səbəbləri müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubunun prezidenti Florentino Peres Zidanın işinə müdaxilə etdiyindən, o, postunu tərk edib. Klub rəhbərinin baş məşqçinin razılığı olmadan Kepe Arrisabalaqa, Robert Levandovski və Neymarı transfer etmək cəhdləri fransız mütəxəssisi belə bir addım atmağa sövq edib. Belə ki, 45 yaşlı çalışdırıcı sözügedən futbolçuların "Real"a keçməsində maraqlı olmayıb. Həmçinin, Kristiano Ronaldo və Qaret Beylin komandadakı gələcək taleyinin sual altında olması, eyni zamanda mövsümün gedişində ardıcıl uğursuz nəticələrdən sonra rəhbərliyin dəstəyindən məhrum olması, əvəzində Maurisio Poçettino və Yoahim Lövün adının klubla birgə hallanması Zidanın bu qərarında mühüm rol oynayıb.