Hakim DÇ-2018-dən qovuldu

FIFA Səudiyyə Ərəbistanından olan hakim Fahad Əl-Mirdasini DÇ-2018-dən qovub. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb onun danışılmış oyunda iştirak etməsidir. Yerli federasiya tərəfindən ömürlük futboldan uzaqlaşdırılan 32 yaşlı referi mundialdan da kənarda qalıb. O, mayın 12-də keçirilən ölkə kubokunun finalında komandalardan biri ilə əlaqə saxlayaraq, oyunun nəticəsi üçün pul tələb edib.