Cengiz Ünder fərqləndi

"Roma"da ilin ən yaxşı gənc oyunçusunun adına aydınlıq gəlib. FutbolPlanet.Az xəbər verir ki, bu ada paytaxt klubunun türkiyəli yarımmüdafiəçisi Cengiz Ünder layiq görülüb. 20 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermə nəticəsində belə bir uğura imza atıb. O, son mövsümdə keçirdiyi 32 matçda 8 qol vurub, 2 assist edib.