"Beşiktaş" Neqredonu satır

"Beşiktaş" Alvaro Neqredo ilə bağlı qərarını verib. FutbolPlanet.Az xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı hücumçunu satır. Türk klubu təcrübəli futbolçuya gələn təklifləri gözdən keçirəcək. Cari mövsüm keçirdiyi 43 matçda 15 qol vuran ispan forvard, 9 assistlə də yadda qalıb.