"Qəbələ"də növbəti ayrılıq- - FutbolPlanet.az

"Qəbələ"də növbəti ayrılıq

Famussa Kone, Dion Omar Malone və Vitali Vernidubla yolları ayıran "Qəbələ"də növbəti ayrılıq reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, Ruslan Qurbanov əyalət klubundan gedib. 26 yaşlı oyunçunun başa çatan müqaviləsi uzadılmayıb. 2016-cı ildə "Neftçi"dən "qırmızı-qaralar"a keçən hücumçu sosial şəbəkə hesabından azarkeşlərə təşəkkür edib və komandaya avrokuboklarda uğurlar diləyib.