Finalın biletləri satışda- - FutbolPlanet.az

Finalın biletləri satışda

Azərbaycan kubokunun 28 mayda keçiriləcək final matçının biletləri satışa çıxarılıb. FutbolPlanet.Az xəbər verir ki, biletləri Bakıda əldə etmək istəyənlər Peşəkar Futbol Liqasına müraciət etməlidir. 26 maydan etibarən Qəbələ şəhər stadionunun kassalarında və Qəbələnin müxtəlif nöqtələrində də bilet satışı olacaq. Biletlərin qiyməti 2, 3, 5 və 30 manatdır.