Billiat Premyer Liqaya doğru

Bir müddətdir adı "Qarabağ"la hallanan Xama Billiat "Mamelodi Sandaunz" klubunda sonuncu oyununu keçirib. FutbolPlanet.Az xəbər verir ki, Afrika Çempionlar Liqasının qrup mərhələsinin II turunda Qvineyanın "Horoya" klubuna qarşı görüş 27 yaşlı hücumçu üçün son matç olub. 2:2 hesabı ilə başa çatan qarşılaşmada komandasının 2-ci qolunu vuran zimbabveli forvard növbəti mövsümdən Ağdam klubunda top qovacaq.