"Qarabağ"da növbəti ayrılıq- - FutbolPlanet.az

"Qarabağ"da növbəti ayrılıq

Arif Daşdəmirov "Qarabağ"dan gedib. FutbolPlanet.Az xəbər verir ki, 31 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. 2016-cı ildə "Qəbələ"dən Ağdam klubuna keçən təcrübəli futbolçunun yeni iş yeri hələ bəlli deyil. "Qarabağ" bunadək Pedro Enrike, Riçard Almeyda və Əfran İsmayılovla yolları ayırmışdı.