U-19 bolqarlara uduzdu- - FutbolPlanet.az

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib. FutbolPlanet.Az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın yeganə qolunu Sona Rəhimova vurub. Bu komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.