Amil "Sumqayıt"dan getdi- - FutbolPlanet.az

Amil "Sumqayıt"dan getdi

Avropa Liqasına vəsiqə qazana bilməyən "Sumqayıt"da ilk ayrılıq reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, Amil Yunanov "kimyaçılar"la vidalaşıb. Müqaviləsi başa çatan gənc hücumçu sazişi yeniləməyib. Cari mövsüm Premyer Liqada 10 qol vuran futbolçunun yeni iş yeri yaxın günlərdə bilinəcək.