Dima ilə müqavilə uzadıldı

"Qəbələ"də yeni müqavilə reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, əyalət təmsilçisi müqavilə müddəti başa çatan Dmitri Bezotosnı ilə sözləşməni uzadıb. 2015-ci ildə "Çernomorets"dən "qırmızı-qaralar"a keçən qapıçı ilə 1 illik yeni saziş imzalanıb.