"Qarabağ" Əfranla vidalaşdı- - FutbolPlanet.az

"Qarabağ" Əfranla vidalaşdı

Əfran İsmayılov "Qarabağ"dan gedib. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu 29 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa ehtiyac duymayıb. 2006-2013-cü illərdə də "Qarabağ"ın formasını geyinən təcrübəli futbolçu 2015-ci ildən "Qarabağ"ın uğurları üçün çalışırdı.