AFFA İntizam Komitəsinin iclası keçirilib. FutbolPlanet.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib.

Topaz Premyer Liqasının 27-ci turunun “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.