Maradona Belarus klubunda- - FutbolPlanet.az

Maradona Belarus klubunda

Dieqo Armando Maradona "Dinamo"nun idarə heyətinə sədr seçilib. FutbolPlanet.Az xəbər verir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb. O, Belarus klubunda strateji inkişaf məsələləri ilə, eyni zamanda, bütün struktur bölmələri və uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. O, yeni işinə dünya çempionatından sonra başlayacaq.