DÇ-2022-də 48 komanda?

İyunun 13-də Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək. FutbolPlanet.Az xəbər verir ki, müzakirə olunacaq əsas məsələ 4 il sonra Qətərdə təşkil olunacaq dünya çempionatı üçün iştirakçı komandaların sayının müəyyənləşdirilməsi ilə bağlıdır. Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) mundialda mübarizə aparacaq komandaların sayının 32-dən 48-ə çatdırılmasını təklif edir. Ancaq təklifin qəbul olunması real görünmür.