Bu tarixdə futboldan gedəcək

"Boka Xuniors"da çıxış edən Karlos Teves karyerasını bitirəcəyi vaxtı açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, argentinalı hücumçu bildirib ki, klubla müqavilə müddəti bitdikdən sonra - 2019-cu ilin dekabrında futboldan gedəcək. 34 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacağını, daha sonra isə məşqçi və ya klub funksioneri kimi işləyəcəyini deyib.