"Osmanlıspor" da gedir- - FutbolPlanet.az

"Osmanlıspor" da gedir

Türkiyə Super Liqasını tərk edən sonuncu komandanın adına aydınlıq gəlib. FutbolPlanet.Az xəbər verir ki, bu, "Osmanlıspor" klubudur. 33-cü turda "Akhisarspor"un səfərdə "Kayserispor"u 2:1 məğlub etməsi Osmanlı təmsilçisinin aşağı liqaya düşməsini rəsmiləşdirib. Bunadək "Genclerbirliyi" və "Karabükspor" I Liqaya yuvarlanıb.