Araz "Anortosis"dən getdi- - FutbolPlanet.az

Araz "Anortosis"dən getdi

Araz Abdullayev "Anortosis"dən gedib. FutbolPlanet.Az xəbər verir ki, millimizin üzvünün icarə müddəti başa çatdığından, o, Kipr klubundan ayrılıb. Sözügedən komandada keçirdiyi 29 matçda 3 qol vuran 26 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qayıdacaq. Deyilənə görə, Araz növbəti mövsümdən "Neftçi"də oynayacaq.