"Kəpəz" Premyer Liqadan gedir?- - FutbolPlanet.az

"Kəpəz" Premyer Liqadan gedir?

Sabah AFFA-nın Lisenziya Komissiyasının iclası keçiriləcək. FutbolPlanet.Az xəbər verir ki, Premyer Liqamızda növbəti mövsümdə də 8 klub mübarizə aparacaq. I Divizion komandalarından yalnız "Sabah" tam şəkildə sənədlərini təqdim edib. Paytaxt klubunun Premyer Liqada sonuncu yeri tutacağı dəqiqləşən "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək.