Millimiz qələbə ilə başladı- - FutbolPlanet.az

Millimiz qələbə ilə başladı

16 yaşadək qızlardan ibarət millimiz Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununa çıxıb. FutbolPlanet.Az xəbər verir ki, Makedoniya komandasına qarşı keçirilmiş matç 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Melis Ersoy vurub. Turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 6:5 hesablı qələbə qazanıb. Yığmamız növbəti oyununu sabah Xorvatiya seçməsinə qarşı keçirəcək.