Batşuayinin qiyməti bəllidir- - FutbolPlanet.az

Batşuayinin qiyməti bəllidir

"Çelsi" Mişi Batşuayinin transfer dəyərini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, London klubu belçikalı hücumçuya 50 milyon funt-sterlinq qiymət qoyub. Bir neçə Avropa klubları hazırda icarə əsasında "Borussiya"da top qovan 24 yaşlı oyunçunun xidmətində maraqlıdır. Elə Dortmund təmsilçisi də onu birdəfəlik almaq fikrindədir. Lakin alman klubu bir qədər aşağı məbləğə istəyini realaşdırmağı düşünür.