"Traktor Sazi" yenə uduzdu- - FutbolPlanet.az

"Traktor Sazi" yenə uduzdu

Asiya Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. FutbolPlanet.Az xəbər verir ki, Cənubi Azərbaycan klubu "Traktor Sazi" də sözügedən turnirdə növbəti matçına çıxıb. Təbriz təmsilçisi Qətərin "Əl-Qarafa" klubunu qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib - 3:1. Beləliklə, yer aldığı A qrupunda keçirdiyi 6 oyunun 4-də uduzub, yalnız ikisində heç-heçə edən komanda 2 xalla qrup sonuncusu olub.