Futbol tarixində bir ilk!

Bundesliqanın 30-cu turu çərçivəsində bu gün keçirilən "Maynts" – "Frayburq" matçında maraqlı hadisə yaşanıb. FutbolPlanet.Az xəbər verir ki, fasilə zamanı baş hakim Quido Uinkmann videotəkrara (VAR) baxaraq, qonaqların qapısına penalti təyin edib. Komandalar stadiona qayıtdıqdan sonra De Blassis penaltini dəqiq yerinə yetirib. İkinci hissədə daha bir qol vuran "Maynts" görüşdən qalibiyyətlə ayrılıb - 2:0.