Qvardiola ilə müqavilə uzadılır

"Mançester Siti" Pep Qvardiola ilə müqaviləni uzadacaq. FutbolPlanet.Az xəbər verir ki, ispan mütəxəssislə 2019-cu ilin iyununda başa çatacaq sözləşmənin müddətini 1 il də artırılacaq. İngilis klubunda ilinə 15 milyon funt sterlinq qazanan 47 yaşlı məşqçi də "şəhərlilər"lə sazişi yeniləməkdə maraqlıdır.