"Barselona"da 3 itki birdən

Bu gecə La Liqanın 33-cü turu çərçivəsində "Selta"nın qonağı olacaq "Barselona" oyuna ciddi itkilərlə çıxacaq. FutbolPlanet.Az xəbər verir ki, Andres İnyesta, Jerar Pike və Serxio Buskets axşam keçiriləcək matçda iştirak etməyəcəklər. Sözügedən futbolçular zədəli olduqlarına görə, heyətə daxil olunmayıblar.