Valverde İnyestadan danışdı

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Andres İnyestanın klubdan gedəcəyinə dair gəzən söz-söhbətlərə münasibət bildirib. FutbolPlanet.Az xəbər verir ki, Kataloniya təmsilçisinin çalışdırıcısı tələsməməyi məsləhət görüb: "Gəlin, hələ tələsməyək. Açığı, nə olacağını bilmirəm. Yalnız futbolçumuzun özü gələcəyi ilə bağlı qərar verə bilər".